"Qalatasaray" Muslera ilə yeni müqavilə imzaladı

İstanbulun "Qalatasaray" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, "sarı-qırmızılar" qapıçı Fernando Muslera ilə mövsümün sonunda başa çatacaq olan müqavilənin müddətini uzadıb. Bu barədə məlumat klubun rəsmi saytından verilib. Yeni sözləşməyə əsasən uruqvaylı "əlcək sahibi" 2021-ci ilədək "cim bom"un uğurları üçün çalışacaq.

 

Qeyd edək ki, 31 yaşlı qolkiper 2011-ci ildən "Qalatasaray"da çıxış edir.

Tarix: 27 İyul [18:40]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Oktyabr 2017
20  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio