"İnter" "Binə" ilə qarşılaşacaq

19:36 - 27 İyul 2017

Növbəti mövsümə hazırlığını paytaxtımızda keçirən Bakı "İnter"i yoldaşlıq matçı keçirməyi planlaşdırır.

 

Sportal.az klubun rəsmi "Facebook" səhifəsində istinadən yaydığı xəbərə görə, komanda 1-ci divizionda çıxış edəcək "Binə" ilə qarşılaşacaq.

 

Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən oyun iyulun 29-u saat 18:00-da başlayacaq.

Xəbər xətti