"Neftçi" legionerini icarəyə verdi

10:30 - 28 İyul 2017

"Neftçi" venesuelalı futbolçusu Edson Kastilyonu icarəyə verib. 

 

Sportal.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ölkəsində çıxış edəcək. O,  "Mineros" klubu ilə müqavilə bağlayıb. Kastilyo bu ilin sonuna qədər icarə əsasında Puetro-Ordas təmsilçisinin uğurları üçün çalışacaq.

 

Qeyd edək ki, Kastilyo "Mineros"dan ötən ilin iyul ayında "Neftçi"yə keçmişdi.

Xəbər xətti