"Sumqayıt" Ərəbistan klubuna qarşı

12:37 - 28 İyul 2017

Növbəti mövsümə hazırlaşan "Sumqayıt" hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda son yoxlama matçına çıxacaq.

 

Sportal.az xəbər verir ki, Samir Abasovun yetirmələri bu gün Səudiyyə Ərəbistanı təmsilçisi "Al-Taavun"la üz-üzə gələcək. Qarşılaşma Topuk Yaylası İdman Kompleksinin stadionunda, Bakı vaxtıyla saat 18:00-da start götürəcək. 

 

1956-cı ildə qurulmuş "Al-Taavun" Burayda şəhərini təmsil edir. Komanda 2016/17 mövsümündə Səudiyyə Ərəbistanı Professional Liqasında 7-ci yeri tutub.

 

Yoxlama oyunu

18:00 "Sumqayıt" - "Al-Taavun" 

Xəbər xətti