FİFA AFFA-nı cəzalandırdı

13:33 - 28 İyul 2017

Dünən FİFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutan son oyunlardakı neqativ hallara hüquqi qiymət verilib.

 

FİFA iyunun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş Azərbaycan - Şimali İrlandiya qarşılaşmasında (0:1) azarkeşlərin qeyri-etik davranışına görə AFFA-nı  2000 İsveçrə frankı (3500 manat) cərimə edib. Bundan əlavə, qarşıdakı oyunlarda eyni halın təkrarlanmaması ilə bağlı xəbərdarlıq da edilib.

 

Ötən il keçirilən San Marino - Azərbaycan (0:1) və Azərbaycan - Norveç (1:0) qarşılaşmalarına görə, FİFA AFFA-ya xəbərdarlıq göndərməklə kifayətlənmişdi. Sentyabrın 4-də San Marino səfərində azarkeşlərin davranışına, oktyabrın 8-də isə Norveçlə Bakıdakı matçın hər iki hissəsi vaxtından gec start götürdüyünə görə, assosiasiya xəbərdarlıq almışdı.

 

Qurum Türkiyəni də azarkeşlərini görə cərimə edib. Qardaş ölkəyə Kosovo, Ukrayna və Finlandiya ilə oyunlarda fanatların davranışlarına görə 13 min İsveçə frankı ilə cərimələyib.

Xəbər xətti