"Panatinaikos"un futbolçusu: "İlk oyunda qələbə qazanmaq önəmli idi"

14:14 - 28 İyul 2017

"Panatinaikos" klubunun müdafiəçisi Xristos Donis Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qəbələ" üzərində 1:0 hesablı qələbə sonra açıqlama verib.
 
Sportal.az xəbər verir ki, 22 yaşlı futbolçu cavab görüşündə də yaxşı oynamağa çalışacaqlarını deyib:

 

"İlk oyunda qələbə qazanmaq önəmli idi. Əsas hədəfimiz mərhələ adlamaqdır. Bunun üçün Bakıdakı qarşılaşmada da yaxşı oyun sərgiləməliyik. Öz meydanımızda keçirdiyimiz oyunda daha çox qol vura bilərdik. Ümid edirəm ki, Bakıdakı qarşılaşmada əlimizə düşən şansları qaçırmayacağıq. Göstərdiyimiz oyundan razıyıq. Nəzərə alaq ki, mövsümdə ilk rəsmi oyunumuza çıxırdıq. Qələbədə azarkeşlərimizin dəstəyi də böyük rol oynadı. Onları növbəti matçlarda da sevindirməyə çalışacağıq".

 

Qeyd edək ki, tərəflər arasındakı cavab qarşılaşması avqustun 3-də keçiriləcək. 

Xəbər xətti