"Traktor Sazi" yeni mövsümə məğlubiyyətlə başladı

14:47 - 28 İyul 2017

İran çempionatında yeni mövsümə start verilib.

 

Sportal.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən "Traktor Sazi" də yeni mövsümdə ilk matçına çıxıb. Təbriz klubu səfərdə "Naft Tehran"la qarşılaşıb. Matç "traktorçular"ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

Cənubi Azərbaycanın digər təmsilçisi "Göstəriş" isə açılış turunda "Pars Jonoubi" ilə qarşılaşacaq.

Xəbər xətti