"Qəbələ"ni məyus edən futbolçu: "Yaxşı oyun keçirdik və intizamlı davrandıq"

15:15 - 28 İyul 2017

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda Yunanıstan təmsilçisi “Panatinaikos”a “Qəbələ” üzərində qələbə qazandıran yeganə qolun müəllifi Gilyermo Molins oldu.

 

Sportal.az xəbər verir ki, matçın 37-ci dəqiqəsində penaltidən fərqlənən 29 yaşlı uruqvaylı hücumçu matçla bağlı yerli mətbuata açıqlama verib:

 

“Biz doğru yoldayıq. Yaxşı oyun keçirdik və intizamlı davrandıq. Lakin qarşıda hələ daha bir 90 dəqiqə var. Ciddi zədə keçirdim, bərpa olunmaq üçün 3 ay lazım oldu. Lakin artıq hazıram və məşqçi mənə şans verir. Hücumçu imkan əldə edəndə qarşısında məqsəd qoyur. Mən də bunu edirəm. Bir sıra oyunçularımız getdi və onların əvəzinə yeniləri gəldi. Tədricən uyğunlaşmağa çalışırıq”.

 

Qeyd edək ki, bu kollektivlər arasında cavab görüşü avqustun 3-də Bakıdakı "Bakcell Arena"da keçiriləcək.

Xəbər xətti