"Neftçi" yeni transferini açıqladı

15:43 - 28 İyul 2017

Paytaxtın "Neftçi" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Sportal.az xəbər verir ki, bunadək Səlahət Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Əzizli və Elnur Cəfərov kimi futbolçuların keçidini həll edən "ağ-qaralar" bu dəfə legioner futbolçunu heyətə qatıb. Son olaraq Sloveniyanın "Rudar" klubuna çıxış edən futbolçunun Mateo Mujeklə münasibətlər rəsmiləşib. 22 yaşlı sol cinah müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, Mujek karyerası ərzində "Hrvatski", "Luçko", "Qorisa" və "Zavro" kimi klublarda çıxış edib.

Xəbər xətti