Avropa Liqasında maraqlı hadisə: Futbolçu təbii ehtiyacını belə ödədi FOTO

00:30 - 29 İyul 2017

Avropa Liqasının dünən keçirilən “Olimpik” (Ukrayna) – PAOK (Yunanıstan) matçında maraqlı hadisə baş verib.

 

Sportal.az xəbər verir ki, qonaq komandanın ehtiyat futbolçusu Dimitris Pelkas matçın gedişatı zamanı təbii ehtiyacını meydanın kənarında olan elektron reklam lövhəsinin arxasına ödəyib.

 

Qəribədir ki, o bu hərəkəti edərkən heç kimə, hətta yaxınlığında olan fotoqraflara da əhəmiyyət verməyib.

 

Xəbər xətti