"Şerif" - "Qarabağ" matçının hakimləri müəyyənləşdi

11:28 - 29 İyul 2017

Çempionar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Şerif" - "Qarabağ" matçının hakim təyinatları açıqlanıb.

 

Sportal.az xəbər verir ki, UEFA Tiraspolda baş tutacaq qarşılaşmanı İsraildən olan hakimlərə həvalə edib. Görüşün baş hakimi Roy Reynşreyber olacaq. Ona həmyerliləri Amihay Yehoşua Mozes və Dan Uçeniç köməklik edəcəklər.

 

Qarşılaşmanın dördüncü hakimi Daniel Bar Natan olacaq. UEFA nümayəndəsi funksiyasını latviyalı Edqars Pukinsks yerinə yetirəcək. Hakim-inspektor vəzifəsi isə litvalı Paulius Maljinskasa həvalə olunub.

 

Qeyd edək ki, "Şerif" - "Qarabağ" matçı avqustun 1-də keçiriləcək. Matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. 

Xəbər xətti