Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı

12:55 - 29 İyul 2017

Çempionlar Liqasının III təsnifat mərhələsində "Şerif"lə "Qarabağ" arasında Tiraspolda keçiriləcək cavab matçı öncə mətbuat konfranslarının və açıq məşqlərin vaxtları açıqlanıb.

 

Sportal.az xəbər verir ki, iyulun 31-də "Şerif" İdman Kompleksinin konfrans zalında ilk olaraq meydan sahiblərinin mətbuat konfransı olacaq. 

 

Yerli vaxtla saat 14:00-da (Bakı vaxtilə 15:00-da) jurnalistlər qarşısına "Şerif"in italiyalı baş məşqçisi Roberto Bordinlə bosniyalı kapitanı Mateo Suşiç çıxacaqlar. Bundan 5 saat sonra komandanın ilk 15 dəqiqəsi açıq olan məşqi keçiriləcək. 

 

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun həmin məkanda Bakı vaxtilə 20:30-da mətbuat konransı keçiriləcək. Təmsilçimiz bundan 30 dəqiqə sonra matçın keçiriləcəyi "Şerif"in baş arenasında ilk 15 dəqiqəsi açıq olan məşqi baş tutacaq. 

 

Xatırladaq ki, Tiraspoldakı qarşılaşma avqustun 1-də Bakı vaxtilə saat 21:00-da keçiriləcək.

Xəbər xətti