CAR-lı futbolçu "Qarabağ"a gəlməyəcək: "Özümü xoşbəxt hiss edirəm"

16:56 - 29 İyul 2017

"Özümü yaxşı formada hesab edirəm. Çempionatın startına qədər daha yaxşı hazırlaşacağıq".

 

Sportal.az xəbər verir ki, Türkiyənin "Gənclərbirliyi" klubunun futbolçusu Tokelo Rantie deyib. Yay transfer dönəmində adı "Qarabağ"la birgə hallanan CAR-lı futbolçu gələcək karyerası ilə bağlı yekun qərarını verib. O, Ağdam klubundan təkif almasına baxmayaraq, karyerasını İzmir təmsilçisində davam etdirməyi üstün tutub. 

 

Klubun rəsmi saytına açıqlama verən hücumçu "Gənclərbirliyi"ndə özünü xoşbəxt hiss etdiyini vurğulayıb: "Mövsümöncəsi Ankara və Hollandiya toplanışları çox yaxşı alındı. Komanda çempionat üçün çox yaxşı hazırlıq keçdi. Demək olar ki, komanda şəkilində yaxşı hazırlaşdıq. Yeni futbolçularımız da artıq komandaya uyğunlaşıblar. Bir sözlə, artıq özümü komandada çox xoşbəxt hiss edirəm". 

 

Rantie artıq Türkiyəyə tam uyğunlaşdığını bildirib: "Türkiyədə mənə dil məsələsi çətinlik yaradırdı. Fərqli ölkə, fərqli mədəniyyətə gəlmişdim. Artıq belə problemləri geridə qoyduğumu düşünürəm".

Xəbər xətti