Türkiyə millisinin sabiq üzvü sərbəst buraxıldı

14:27 - 30 İyul 2017

Türkiyənin “Fənərbaxça” klubunun sabiq futbolçusu Bekir İrtegün sərbəst buraxılıb. 

 

Sportal.az xəbər verir ki, 33 yaşlı müdafiəçi bir neçə gün öncə Fətullahçı Terror Təşkilatının (FETÖ) “ByLock” kömpüter proqramından istifadə etməkdə şübhəli bilindiyi üçün həbs olunmuşdu. Lakin o, izahatı alındıqdan sonra bu gün azadlığa buraxılıb.

 

Qeyd edək ki, Türkiyə yığmasının heyətində 10 oyun keçirən Bekir İrtegün 2009-2015-ci illərdə “Fənərbaxça”da çıxış edib. Onun son iş yeri bir neçə gün əvvəl yollarını ayırdığı “Başakşəhər” klubu olub.

Xəbər xətti