"Neftçi"nin növbəti sınağı

17:00 - 30 İyul 2017

Avstriyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün növbəti yoxlama oyununu keçirəcək.

 

Sportal.az xəbər verir ki, “ağ-qaralar” BƏƏ-nin “Əl-Əyn” klubuyla qarşılaşacaq. Qarşılaşma Bakı vaxtıyla saat 20:00-da start götürəcək.

 

Bu, “Neftçi”nin Avstriyadakı ikinci yoxlama oyunu olacaq. Elxan Abdullayevin yetirmələri bundan öncə keçirdiyi oyunda Almaniyanın “Şalke” klubuna 0:1 hesabı ilə uduzmuşdu.

 

Yoxlama oyunu

30 iyul

20:00 "Neftçi" (Azərbaycan) - "Əl-Əyn" (BƏƏ)

Xəbər xətti