Torres karyerasını hansı klubda başa vurmaq istəyir?

18:22 - 30 İyul 2017

"Atletiko"nun hücumçusu Fernando Torres açıqlama verib.

 

Sportal.az xəbər verir ki, təcrübəli forvard Madrid klubunu tərk etmək niyyətində olmadığını və karyerasını bu komandada başa vurmaq itədiyini bildirib:

 

"Mən evimdəyəm. 8 il sonra "Atletiko"ya qayıtdım. Burada xoşbəxtəm. Məhz bu klubda oynamaq, mükafatlar qazanmaq, komandama Avropada ən yaxşılardan biri olmasına kömək etmək istəyirəm. Karyeramı da burada bitirmək istəyirəm. Hazırda "Atletiko"da oynamaq mənim üçün yeganə variantdı".

 

Qeyd edək ki, Torres "Atletiko"nun yetirməsidir. Hücumçu 2001-2007-ci illər aralığında məhz Madrid klubunda çıxış edib. "Liverpul", "Çelsi" və "Milan" klublarında top qovan 33 yaşlı forvard 2015-ci ildə legioner həyatını başa vuraraq, ölkəsinə - doğma klubu "Atletiko"ya qayıtmışdı.

Xəbər xətti