Məsimov üçün 45 dəqiqə və darmadağın

19:18 - 30 İyul 2017

Rusiya birinci divizionunda bu gün 5-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun klubu “Fakel” “Sibir”in qonağı olub və ağır məğlubiyyətə uğrayıb – 0:4.

 

Məsimov əsas heyətdə meydana çıxsa da, fasilədən dərhal sonra - 46-cı dəqiqədə əvəzlənib. Onun yerinə erməni futbolçu Arustamyan meydana daxil olub.

 

Qeyd edək ki, 5 turdan sonra “Fakel” 12-ci yeri tutur.

Xəbər xətti