"Neftçi" paraqvaylı futbolçu transfer etdi

17:37 - 30 İyul 2017

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi David Derlis Meza Kolli ilə müqavilə bağlanıb. 28 yaşlı futbolçu ilə anlaşmanın müddəti 1 ildir. Meza Kolli "Neftçi”də 10 nömrəli formanı geyinəcək.

 

Xatırladaq ki, Derlis daha əvvəl ölkəmizdə “İnter” və “Qəbələ”də də çıxış edib. 

 

Əlavə edək ki, bu yay transfer pəncərəsi dövründə "ağ-qaralar" Səlahət Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Əzizli, Elnur Cəfərov və Mateo Mujeki də heyətinə cəlb edib.

Xəbər xətti