"Kəpəz"in yeni transferi: "20 qol vurmağı qarşıma hədəf qoymuşam"

10:32 - 31 İyul 2017

"Kəpəz"in yeni tranfseri Viktor Luki Oseqale Sportal.az saytına açıqlama verib.

 

Nigeriyalı hücumçu "Kəpəz"dəki ilk günlərindən və bu kluba keçidindən danışıb. Forvard özünü Gəncə klubunda xoşbəxt hiss etdiyini deyib: "Kəpəz"ə keçidim agentim vasitəsi ilə baş tutdu. O, oyunumu məşqçimiz Şahin Diniyevə göstərib və mənimlə bağlı yekun qərar verilib. Özümü "Kəpəz"də olduqca yaxşı hiss edirəm. Türkiyədə keçirdiyimiz toplanışdan razı qaldım. İndi Bakıda hazırlaşırıq və burada hər şey ürəyimcədir".

 

22 yaşlı futbolçu komandanın qarşısında ciddi hədəflərinin olduğunu dilə gətirib: "Komanda şəklində yaxşı oynamaq, yaxşı yerləri tutmaq istəyirik. Avrokuboklara vəsiqə qazansaq, bizim üçün yaxşı nəticə olar. Əsas hədəfim çox qol vurmaq və komandaya xeyir verməkdi".

 

Hücumçu şəxsi hədəflərindən də söz açıb: "Əsas hədəfim komandaya xeyir verməkdi. Çoxlu qollar vurmaq istəyirəm. 20 qol vurmağı qarşıma hədəf qoymuşam. Bunun necə alınacağını çempionatın gedişində görəcəyik".  

 

 

Nigeriyalı oyunçu özünü "Kəpəz" azarkeşlərinin sevimlisi ola biləcəyinə inanır: "Əlbəttə, komandanı tərk edən futbolçular haqda məlumatım var. Dario, Renan, Ebah və Serjinyo gəncəli azarkeşlərin sevimliləri olublar. İnanıram ki, biz onların yoxluğunu hiss etdirməyəcəyik və özümüzü tez bir zamanda azarrkeşlərə sevdirəcəyik".

Xəbər xətti