Mirabdulla Abbasov: "Çempionata tam hazır vəziyyətdə çıxacağıq"

10:43 - 31 İyul 2017

"Neftçi"nin hücumçusu Mirabdulla Abbasov Avstriyada təlim-məşq toplanışı çərçivəsində Birləşmiş Ərəb Əmirliyinin "Əl Ain" klubu ilə 1:1 hesabı ilə bərabərə qaldıqları yoxlama oyunundan sonra klubun telekanalına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmada komandasının yeganə qolunun müəllifi olan 22 yaşlı futbolçu qarşılaşma barədə danışıb:

 

"Rəqibimiz güclü komanda idi. Çətin oyun oldu. Qol vurduğuma görə şadam. Şans qazanıb, bu gün meydana hücumçu kimi çıxdım. "Şalke” ilə keçən oyuna cinah yarımmüdafiəçisi kimi çıxmışdım. Belə matçlarda nəticə çox da vacib deyil, əsas çempionat oyunlarıdır. Vaxtımıza az qalıb, çempionatdakı oyunlarımıza hazırlaşırıq. Hələ ilk rəqibimiz bilinmir. İnanıram ki, çempionata tam hazır vəziyyətdə çıxacağıq”.

Xəbər xətti