"Yuventus" "Roma"nı məğlub etdi VİDEO

11:37 - 31 İyul 2017

Beynəlxalq Çempionlar Kubokuna yekun vurulub.

 

Sportal.az xəbər verir ki, turnirin son matçında İtaliya çempionu "Yuventus"la bu ölkənin digər təmsilçisi "Roma" üz-üzə gəlib. ABŞ-da baş tutan qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib - 1:1.

 

Qalib isə penalti seriyasında müəyyənləşib. Daha dəqiq oynayan "Yuventus" 5:4 hesabıyla üstün olub.

 

Beləliklə, 8 klubun iştirakı ilə keçirilən Beynəlxalq Çempionlar Kuboku başa çatıb. "Barselona"nın hər üç oyunda qalib gəlməklə çempion olduğu turnirin yekun sıralaması belə olub:

 

1. Barselona - 9
2. Mançester Siti - 6
3. Roma - 5
4. Mançester Yunayted - 5
5. Yuventus - 4
6. Tottenhem - 3
7. PSJ - 2
8. Real - 1

 

Xəbər xətti