Renat Dadaşov üçün 18 dəqiqə və məhsuldar ötürmə

11:54 - 31 İyul 2017

Almaniya Bundesliqasının yeni mövsümünə hazırlaşan "Ayntraxt" növbəti sınaq matçını keçirib. 

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi Frankfurt təmsilçisi İtaliyanın "Benevento" klubu ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

 

“Ayntraxt”ın baş məşqçisi Niko Kovaç bu matçda həmyerlimizə də şans verib. 72-ci dəqiqədə meydana çıxan Dadaşov 3 dəqiqə sonra məhsuldar ötürmə edib və komandasının məğlubiyyətdən qaçmasında yardımçı olub.

Xəbər xətti