Mourinyo: "Qalatasaray"ın məni alması, Fellainini transfer etməkdən daha asandı"

12:08 - 31 İyul 2017

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo adı "Qalatasaray"la hallanan Maruan Fellaini haqda açıqlama verib.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis belçikalı futbolçunun komandadan ayrılmayacağını bəyan edib:

 

"Qalatasaray"ın məni alması, Fellainini transfer etməkdən daha asandı. O, bizim üçün çox vacib oyunçudur və ayrılması mümkünsüzdür".

 

Təcrübəli mütəxəssis "Çelsi"dən "Mançester Yunayted"ə keçəcəyi gözlənilən Nemanya Matiç haqda da danışıb:

 

"Matiç bizə gəlməyi çox istəyir. Onu tranfer etmək üçün yaxşı şansımız var. Forma nömrəsi də hazırdır və onun yolunu gözləyir".

Xəbər xətti