"Kəpəz" Gəncə stadionunda ilk oyununa nə vaxt çıxacaq?

13:29 - 31 İyul 2017

Gəncə şəhər stadionunun əsas meydançasının dəyişdirilməsi prosesi davam edir.
 
Sportal.az xəbər verir ki, mayın 11-dən başlanan işlər AFFA-nın vəsaiti hesabına İrlandiyanın SİS şirkəti tərəfindən aparılır. Stadionda təmir işləri isə oktyabr ayında başa çatacaq. "Sarı-göylər" Gəncədə ilk oyununu oktyabr ayında keçirə bilər. Bu barədə məlumatı əməkdaşımızla söhbətində "Kəpəz"in baş məşqçisi Şahin Diniyev söyləyib:

 

"Mən bu işin içində deyiləm. Ona görə də tam dəqiq bilmirəm. Rəhbərliklə də görüşmüşəm. Avqust və sentyabr aylarında Gəncədə çıxış edə bilməyəcəyik. Əgər havalar yaxşı keçsə, oktyabrın əvvəlində Gəncədə oynaya bilərik".

 

Qeyd edək ki, "Kəpəz"in yeni mövsümün ilk turlarındakı ev oyunlarını "Dalğa Arena"da arenada keçirəcəyi gözlənilir.

Xəbər xətti