Eratın komandası mövsümə məğlubiyyətlə başladı

14:43 - 31 İyul 2017

Almaniya II Bundesliqasında yeni mövsümə start verilib.

 

Sportal.az xəbər verir ki, milli komandamızın sabiq üzvü Tuğur Eratın çıxış etdiyi "Duysburq" da ilk oyununu keçirib. II Bundesliqaya bu mövsüm yüksələn komanda səfərdə Drezden "Dinamo"sunun qonağı olub. Qarşılaşma meydan sahiblərinin 1 - 0 hesablı qələbəsiylə başa çatıb.

 

Erat qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb. O, 71-ci dəqiqədə komanda yoldaşının əvəzinə meydana daxil olub.

Xəbər xətti