"Kəpəz" "Karvan"a uduzdu

18:18 - 31 İyul 2017

“Kəpəz”in əvəzedici komandası qarşıdakı mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, “sarı-göylər” bir müddət öncə fəaliyyətini bərpa edən “Karvan” ilə qarşılaşıb.

 

Yevlaxda keçirilən görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti