Fransalı məşqçi millimizin üzvünü "qara siyahı"ya saldı

14:31 - 1 Avqust 2017

"Bursaspor"un baş məşqçisi Pol Le Quenin 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Ozan Can Kökcünü "qara siyahı"ya əlavə edib.

 

Sportal.az xəbər verir ki, millimizin üzvünün performansı fransalı mütəxəssisi qane etmir. Ozan Canla yanaşı, Boban Yoviç, Sinan Bakış və Mərt Örnək səhər məşqini əsas komandadan ayrı çalışıblar. Adları çəkilən oyunçular əvəzedici heyətdə çalışacaqlar.

 

Türkiyə mətbuatında yer alan məlumata görə, sözügedən futbolçularla yollar ayrıla da bilər.

 

Qeyd edək ki, Ozan Can Kökcü bu yay "Feynoord"dan ayrılaraq "Bursaspor"la 3 illik müqavilə imzalayıb.

Xəbər xətti