George Anton: "Qarabağ"a qarşı ilk görüşdəki taktikamız özünü doğrultdu"

16:10 - 1 Avqust 2017

Moldova çempionu "Şerif"in yarımmüdafiəçisi George Anton UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, o, Moldova mətbuatına açıqlamasında bunları söyləyib:

 

“Bizi çox çətin oyun gözləyir. Bütün komanda buna hazırdı. “Qarabağ”la matç bizim üçün həlledici olacaq. Rəqib çox güclüdü. Bakıda keçirilən ilk görüşdəki taktikamız özünü doğrultdu. Orada istədiyimiz nəticəni ala bildik. Ancaq cütün taleyinə cavab görüşündə aydınlıq gələcək. Hər şey bizim bu qarşılaşmada necə oynayacağımızdan asılıdı”.

 

Qeyd edək ki, bu gün Tiraspol şəhərində keçiriləcək “Şerif” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk görüşdə qolsuz heç-heçə qeydə alınıb.  

Xəbər xətti