“Mançester Yunayted”də iki yeni müqavilə

18:32 - 1 Avqust 2017

İngiltərənin “Mançester Yunayted” klubu iki futbolçusuyla yeni müqavilə bağlayıb.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" Xuan Mata və Ander Errera ilə müqavilə müddətini uzadıb. Hər iki futbolçuyla müqavilə müddətinin 2019-cu ilin yayına kimi artırıldığı qeyd edilib.

 

Xatırladaq ki, ispaniyalı futbolçular "Mançester Yunayted"də eyni tarixdən - 2014-cü ildən bəri çıxış edirlər.

Xəbər xətti