"İdman Azərbaycan" "Qarabağ"ın oyunu ilə bağlı bəyanat yaydı

18:01 - 1 Avqust 2017

Günün əsas matçı - "Qarabağ"ın Azərbaycan futbolu üçün tarixi əhəmiyyətli oyunlarından olan "Şerif"lə görüşü Azərbaycan teleməkanında göstərilməyəcək.

 

Sportal.az xəbər verir ki, "İdman Azərbaycan" telekanalı bununla bağlı rəsmi açıqlama yayıb:

 

"İdman Azərbaycan" kanalı Çempionlar liqasının pley-off mərhələsindən etibarən oyunların yayım hüququna sahibdir. I, II və III mərhələdəki oyunlar isə klubların öz ixtiyarındadır. Həmin mərhələ zamanı "İdman Azərbaycan" kanalı klublara yardım etmiş və səfər oyunlarının da Azərbaycanda yayımlanması üçün rəqiblərlə razılığa gələrək qarşılaşmaları barter etmişdi. Ötən həftə keçirilən "Qarabağ" - "Şerif" oyunu zamanı da "İdman Azərbaycan" kanalı matçı çəkərək Moldova tərəfə ötürməyə hazır idi. Lakin "Şerif" klubu bununla razılaşmayaraq Bakıdakı oyunun Moldovada translyasiyasına razı olmadı və Tiraspoldakı oyunun da yayımına razılıq vermədi. Bu səbəbdən də "Şerif" - "Qarabağ" oyununun yayımlanmamasının səbəbkarı Moldovanın "Şerif" klubudur".

Xəbər xətti