Qurban Qurbanov: "Futbolçular əzmkar mübarizə apardı"

00:26 - 2 Avqust 2017

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında səfərdə “Şerif”i 2:1 hesabıyla məğlub edərək pley-off mərhələsinə vəsiqə qazanıb.

 

Sportal.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

 

“Olduqca çətin oyun oldu və belə olacağını da gözləyirdik. Futbolçular əzmkar mübarizə apardı və layiqli qələbə qazandı. Komandamı qələbə və pley-off-a yüksəlmək münasibətiylə təbrik edirəm. Bu mərhələdə oynamaq istəyirdik. Pley-off-da da çalışacağıq ki, yaxşı oyun göstərək. Bu gün bizi burada tək buraxmayan azarkeşlərimizə təşəkkürümü bildirirəm”.

Xəbər xətti