"Zaqatala" da başladı

00:35 - 2 Avqust 2017

I Divizion klubu “Zaqatala” da yeni mövsümün hazırlıqlarına başlayıb. Sportal.az xəbər verir ki, komanda Şaban Şirdanovun rəhbərliyi altında Zaqatala Olimpiya Kompleksinin stadionunda bir araya gəlib.

 

Heyət əsasən zaqatalalı futbolçulardan təşkil olunsa da, yaxın günlərdə daha 3-4 futbolçunun komandaya qoşulacağı gözlənilir. I Divizionda yeni mövsüm başlayana qədər “Zaqatala” bir neçə yoxlama oyunu keçirməyi planlaşdırır.

 

Qeyd edək ki, “Zaqatala” ötən mövsümü 5-ci pillədə başa vurub. 

Xəbər xətti