"Neftçi" "Herta"ya qarşı

14:24 - 2 Avqust 2017

Avstriya toplanışında olan "Neftçi” bu gün 3-cü yoxlama oyununa çıxacaq.

 

Sportal.az xəbər verir ki, komanda Almaniya Bundesliqa təmsilçisi “Herta” olacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Oyun “Neftçi”nin rəsmi “Youtube” kanalı – "Neftçi” TV vasitəsilə göstəriləcək.

 
Qeyd edək ki, “Neftçi” Avstriya toplanışında əvvəlki yoxlama matçlarında Almaniyanın “Şalke” (0:1) və Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubu (1:1) ilə qarşılaşıb.
 
2 avqust

Yoxlama oyunu
 
20:00. “Neftçi” – “Herta”

Xəbər xətti