"Səbail" "Bayıl Arena"dan çıxarıldı

16:30 - 2 Avqust 2017

Yeni mövsümdən etibarən Premyer Liqada mübarizə aparacaq "Səbail" hazırlıqlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi hazırlıq prosesini doğma meydanda keçə bilmir. Belə ki, "Bayıl Arena"nın ot örtüyü dəyişdirildiyi üçün komanda buranı tərk edib. Samir Əliyevin yetirmələri çempionatın hazırlığını milli komandalarımızın Mərdəkandakı bazasında davam etdirir.

 

Qeyd edək ki, "Bayıl Arena"nın ot örtüyünün yenilənməsi çempionatın startınadək bitməyəcək. Bu səbəbdən də "Səbail" bir neçə ev oyununu "Əlincə Arena"da keçirə bilər.

Xəbər xətti