Vüqar Nadirov: "Digər komandalar bizə qalib gəlməkdə çətinlik çəkəcəklər"

16:47 - 2 Avqust 2017

"Komanda gənc futbolçulardan təşkil olunub. 2-3 nəfər təcrübəli futbolçu var. Çempionata yaxşı hazırlaşmaq istəyirik. Futbolçular hamısı bir-birinə öyrəşməyib. Bunun üçün müəyyən zaman lazımdı. Uyğunlaşdıqdan sonra daha yaxşı oyun göstərəcəyik".

 

Bu fikirləri Sportal.az-a açıqlamasında "Səbail"in futbolçusu Vüqar Nadirov bildirib.

 

Təcrübəli futbolçu yeni komandası haqda danışıb. O, əsas məqsədlərinin kollektiv futbol oynamaq olduğunu deyib: "Bəli, "Səbail"ə "Qarabağ" kimi klubdan. Çətinlik hər yerdə olur. Bunun öhdəsindən gəlib, komandama kömək etməyə çalışıram. Heyətimizə yeni futbolçular cəlb olunacaq. Bundan sonra bir qədər də güclənəcəyik. Əsas kollektiv oyun oynamaqdı. Bunu bacarsaq, digər komandalar bizə qalib gəlməkdə çətinlik çəkəcəklər".

 

Millimizin sabiq üzvü "Səbail"in Türkiyədə keçdiyi təlim-məşq toplanışını dəyərləndirib. 30 yaşlı hücumçu toplanışın faydalı olduğunu qeyd edib: "Türkiyədə 17 günlük təlim-məşq toplanışı keçdik. Bu toplanış bizim üçün çox faydalı oldu. Həm fiziki, həm də taktiki baxımdan çalışdıq. İlk oyunda çətinlik ola bilər. Bu normaldı. Vaxt keçdikcə, oyundan oyuna hər şey qaydasına düşəcək".

 

Vüqar Nadirov sabiq klubu "Qarabağ" haqda da danışıb: "Qarabağ"a Çempionlar Liqasında uğurlar arzu edirəm. Qrup mərhələsinə vəsiqə qazanmalarını çox istəyirəm. Komandanın yeni legionerlərinin oyununu bəyəndim. Amma "Qarabağ" kollektiv futbol oynayır. Hansısa futbolçunu fərqləndirmək düzgün olmaz"

Xəbər xətti