"Barselona"dan Neymar açıqlaması: "222 milyon avro lazımdı"

17:05 - 2 Avqust 2017

Neymar addım-addım PSJ-yə transfer olur. Ulduz futbolçu bu gün “Barselona”nın səhər məşqinə qatılmayıb.

 

Sportal.az xəbər verir ki, klubun rəsmi saytında Neymarın komandadan getmək istədiyi ilə bağlı açıqlama qeyd edilib:

 

“Səhər məşqindən əvvəl Neymar komandadan getmək istədiyini bildirdi. Agenti də (atası) ayrılmaq qərarını bizə bildirdi. Bu ayrılıq üçün bizə 222 milyon avro ödənilməsinin lazım olduğunu xatırlatdıq”.

Xəbər xətti