Messi Neymarla vidalaşdı FOTO

18:08 - 2 Avqust 2017

“Barselona”nın hücumçusu Lionel Messi bu həftə PSJ-yə transfer olunacağı gözlənilən komanda yoldaşı Neymarla vidalaşıb.

 

Sportal.az xəbər verir ki, Leo şəxsi “instaqram” hesabında özüylə Neymarın yanaşı qoyulmuş formalarının şəklini paylaşaraq, belə yazıb:

 

“Səninlə bu illəri paylaşmaq xoş idi, dostum. Sənə həyatının yeni mərhələsində uğurlar arzulayıram. Görüşənədək”.

 

Xatırladaq ki, Neymar “Barselona”ya 2013-cü ildə, 88,2 milyon avro qarşılığında “Santos”dan transfer edilib. Braziliyalı hücumçunun bu həftə 222 milyon avro qarşılığında PSJ-yə transfer olunacağı gözlənilir.

Xəbər xətti