Türkiyə millisinin yeni baş məşqçisi müəyyənləşdi RƏSMİ

20:27 - 2 Avqust 2017

Türkiyə millisinin yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Fatih Terimin istefaya göndərilməsindən sonra boş qalmış baş məşqçi vəzifəsinə Mirça Luçesku gətirilib. Bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi aytı məlumat yayıb. Onunla 2+1 illik müqavilə imzalanıb. 72 yaşlı çalışdırıcı ilinə 2.5 milyon avro maaş alacaq.

 

Luçesku avqustun 4-də ictimaiyyətə təqdim ediləcək.

 

Qeyd edək ki, M.Luçesku 2000-2002-ci illərdə "Qalatasaray", 2002-2004-cü illərdə "Beşiktaş"da baş məşqçilik edib. O, ötən mövsüm "Zenit"i çalışdırıb.

Xəbər xətti