Çempionlar Liqasında III təsnifat mərhələsi başa çatdı

01:00 - 3 Avqust 2017

Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib. 

 

Sportal.az xəbər verir ki, ikincü oyun günündə 14 qarşılaşma baş tutub. Türkiyə təmsilçisi “Başakşəhər” öz meydanında “Brügge” ilə qarşılaşıb. Səfərdə məhsuldar heç-heçə edən türkiyəlilər evdə mərhələ adlamağa yaxın idilər. Gözlənildiyi kimi, İstanbulda inamlı qələbəyə sevinən bu komanda pley-offa yüksəlib.

 

Qeyd edək ki, ilk oyun günündə yalnız bir görüş baş tutmuşdu. Azərbaycan çempionu "Qarabağ" səfərdə Moldova "Şerif"inə 2:1 hesabıyla qalib gəlib, pley-offa yüksəlmişdi.

 

Bütövlükdə, 3-cü təsnifat mərhələsində aşağıdakı nəticələr qeydə alınıb:

 

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları
2 avqust 

 

BATE (Belarus) - “Slaviya” (Praqa, Çexiya) - 2:1
Qollar:
 Sinyeviç, 5, Staseviç, 46 - Şkoda, 44
İlk oyun – 0:1
 
APOEL (Kipr) - “Vitorul” (Rumıniya) - 4:0 (əlavə vaxtda)
Qollar: 
Karlao, 54, Merkis, 93, de Kamarqo, 90+4, Efrem, 105
İlk oyun – 0:1
 
“Kopenhagen” (Danimarka) -  “Vardar” (Makedoniya) - 4:1
Qollar:
 Qrequs, 2, Lüftner, 26, Santander, 75, Sotriu, 88 - Nikolov, 19
İlk oyun - 0:1
 
“Ludoqorets” (Bolqarıstan) - “Hapoel” (Beer Şeva, İsrail) - 3:1
Qollar: 
Vanderson, 9, 33, Marselinyo, 56 - Qadir, 61
İlk oyun – 0:2
 
“Hafnarfyordur” (İslandiya) - “Maribor” (Sloveniya) - 0:1
Qol: 
Tavares, 90+2
İlk oyun – 0:1
 
“Olimpiakos” (Yunanıstan) - “Partizan” (Serbiya) - 2:2
Qollar:
 Qarsela Qonzales, 22, Fortunis, 51 - Sumah, 33, Curceviç, 88
İlk oyun – 3:1
 
“Legiya” (Polşa) - “Astana” (Qazaxıstan) - 1:0
Qol: 
Çervinski, 76
İlk oyun – 1:3
 
“Riyeka” (Xorvatiya) - “Zalsburq” (Avstriya) - 0:0
İlk oyun – 1:1
 
“Rusenborq” (Norveç) - “Seltik” (Şotlandiya) - 0:1
Qol: 
Forest, 69
İlk oyun – 0:0
 
Liqa yolu
 
MOİK (Moskva, Rusiya) - AEK (Yunanıstan) - 1:0
Qol: 
Naço, 74
İlk oyun – 2:0
 
“Başakşəhər” (Türkiyə) - “Brügge” (Belçika) - 2:0
Qollar:
 Adebayor, 7, Viska, 34
İlk oyun – 3:3
 
“Viktoriya” (Çexiya) - “Styaua” (Rumıniya) - 1:4
Qollar: 
Krmençik, 64 - Balaşa, 27, Teyşeyra, 71, Tanase, 76, Alibek, 79 (pen.)
İlk oyun - 2:2
 
“Yanq Boyz” (İsveçrə) - “Dinamo” (Kiyev, Ukrayna) - 2:0
Qollar: 
Oarao, 13, Mvula, 89
İlk oyun – 1:3
 
“Ayaks” (Hollandiya) - “Nitsa” (Fransa) - 2:2
Qollar:
 Van den Bek, 26, Sançez, 57 - Suket, 3, Marsel, 79
İlk oyun – 1:1

Xəbər xətti