Çilidə futbolçular meydana küçə itləri ilə çıxdı VİDEO

11:44 - 3 Avqust 2017

Çilinin “Kolo-Kolo” klubu çempionatın növbəti oyununda maraqlı aksiya keçirib.

 

Sportal.az xəbər verir ki, “Kolo-Kolo” klubunun futbolçuları meydana itlərlə çıxıblar. Klub oyundan əvvəl ev eyhvanlarını himayə edən “Union de Amigos de los Animales” şirkəti ilə əməkdaşlıq müqaviləsi bağlayıb.

 

Meydana küçə itləri ilə çıxan futbolçular bununla ev heyvanlarının qorunmasını gündəmə gətiriblər. Şirkət rəhbərliyi hesab edir ki, belə aksiyalar ev heyvanlarının qorunmasına diqqəti artıracaq və küçə heyvanlarına yeni sahiblərin tapılmasına yardımçı olacaq.

 

Xəbər xətti