MLS ulduzları "Real"la qarşılaşdı VİDEO

13:22 - 3 Avqust 2017

Madrid Real”ı ABŞ-dakı hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, “kral klubu” MLS-də çıxış edən ulduz oyunçulardan təşkil edilmiş “MLS All Stars”la qarşılaşıb. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan (4:2) “Real” oyundan qələbəylə ayrılıb.

 

Vaxtilə “kral klubu”nun şərəfini qorumuş, hazırda isə MLS klublarından “Orlando Siti”də top qovan Kaka da “MLS All Stars”ın heyətində sabiq komandasına qarşı çıxış edib.

 

“MLS All Stars” 1 - 1 "Real" (pen. 2-4)

Qollar: Dom Duayer, 87 - Borxa Mayoral, 59

 

Xəbər xətti