Neymarın transferinə icazə verilmir

16:22 - 3 Avqust 2017

“Barselona”dan ayrılıb Fransanın PSJ klubuna 222 milyon avro qarşılığında keçmək istəyən Neymar problemlə üzləşib.

 

Sportal.az xəbər verir ki, futbolçunun atası və meneceri transfer sənədlərini izləmək üçün La Liqanın ofisinə gəlib. Lakin La Liqa buna icazə verməyib. Səbəb kimi transfer məbləğinin yüksək olması və bunun FİFA-nın maliyyə fair-pley qaydalarına zidd olması göstərilib. 

 

İspanlar həmçinin futbolçuya verilən pulun mənşəyinin bəlli olmadığını da əsas gətirərək belə addım atdıqlarını bildiriblər. 

 

İddialara görə, PSJ "Barselona"ya 222 milyon transfer, Neymara 100 milyon milyon imza haqqı ödəyəcək. İldə 30 milyon avro maaş alacaq braziliyalı Qətərdə keçiriləcək dünya çempionatının səfiri olacaq və 5 ildə əlavə 300 milyon avro qazanacaq.

 

Qeyd edək ki, Neymar 2013-cü ildən "Barsa"da çıxış edir. 

Xəbər xətti