"Eddi İsrafilov bizim üçün önəmli oyunçudu"

16:58 - 3 Avqust 2017

"Komandamızın vəziyyətinin normal olması bizi sevindirir. Yaxşı hazırlıq keçirik və düşünürəm ki, çempionatın startına qədər hazır vəziyyətdə olacağıq".

 

Sportal.az xəbər verir ki, bu sözləri İspaniyanın "Kadis" klubunun baş məşqçisi Alvaro Kerverya məxsusdur. Yerli mətbuata açıqlama verən 51 yaşlı mütəxəssis komandasının son durumundan və bəzi futbolçların vəziyyətindən danışıb.  

 

Çalışdırıcı bir neçə oyunçunun komandanı tərk edə biləcəyini vurğulayıb. Mütəxəssis həmçinin Azərbaycan millisinin üzvü Eddi İsrafilov haqda yekun qərar verdiyini açıqlayıb: "Bəzi futbolçuların durumu məni narahat edir. Elə oyunçular var ki, onlar haqda yekun qərar verməmişik. Məsələn, Eddi İsrafilovun komandadakı gələcəyi qeyri-müəyyən idi. Hətta ona görə bir neçə təklif də almışdıq. Lakin onu saxlamağa qərar verdik. O, məşqlərdə hamı kimi işləyir. Eddi bizim üçün önəmli oyunçudu. Mənim fikrimcə, çempionatın gedişinda komandamıza xeyir verə biləcək".

 

Qeyd edək ki, Eddinin adı III liqada mübarizə aparan "Elçe" klubu ilə birgə hallanırdı.

Xəbər xətti