Cavid Hüseynov: "Azərbaycan Premyer Liqasını düşünmək istəmirdik" MÜSAHİBƏ

00:15 - 4 Avqust 2017

"Qəbələ" Avropa Liqasının III təsnifat mərhələsində Yunanıstanın "Panatinaikos" klubuna cavab görüşündə 1:2 hesabı ilə uduzaraq turnirdəki çıxışını başa vurub.
 
Sportal.az xəbər verir ki, matçdan sonra "qırmızı-qaralar"ın kapitanı Cavid Hüseynov jurnalistlərin suallarını cavablandırıb.
 
- Rəqibimiz həqiqətən də güclü idi. Çox komponentdə bizdən yaxşı çıxış etdilər. Hər cəhətdə birzdən bir addım öndə idilər. Elə oldu ki, ilk qolu biz vurduq. Daha sonra Monrozun yaxşı fürsəti olsa da qapıçıları yaxşı oynadı. 3 dəqiqə sonra arzulamadığımız qolu buraxdıq. Ani diqqətsizlik oldu. Rəqib cərimə meydançasında boş idi. Ondan sonra özümüzə gəlmədik.
 
- İlk qoldan sonra komanda hücumlara atılmaqda tələsmədi?
- Bəlkə də elə olmalı idi. Biz fürsətlərə görə belə etdik. Bizə də belə tapşırılmışdı ki, qol vurduqdan sonra tempi aşağı salaq. İnnaırdıq ki, ilk qolu biz vuracağdıq. Sadəcə qolu buraxmaqla hər şey getdi.
 
- İlk hissədə “Qəbələ”nin oyunu heç alınmadı. Özünüz belə oynayırdınız?
- Xeyr, səviyyə ortadadır. Çox yaxşı rəqib idi. Top komandadır.
 
- Heyətdə dəyişikliklərin mübarizəni dayandırmağınızda rolu oldu?
- Bu da ola bilər. Deyə bilmərəm problem nədədir. Təzə oyunçular da gəldi. Görüntü o idi ki, rəqib qələbəyə layiq idi.
 
- Ötən mövsümki “Qəbələ” bu “Panatinaikos”u keçə bilərdi?
- Nəsə deməkdə çətinlik çəkirəm. Bu haqda heç nə deyə bilmərəm.
 
- Fiziki cəhətdən də “Qəbələ” zəif görünürdü...
- Rəqibdə ağıllı futbolçular çoxdu. Bu da rahat şəkildə görünürdü.
 
- Gedən futbolçulardan hansının yeri daha çox görünürdü?
- Yalan deyərəm. Bu dəqiqə o haqda düşünmürəm.
 
- Azərbaycan Premyer Liqasına daha yaxşı köklənə biləcəksiniz?
- Fikrimizi Avropa Liqasında cəmləmişdik. Çempionat haqda bugünkü gündə düşünmək istəmirdik. Artıq uduzmuşuq. Nə edək? Məcburuq ki, daxili çempionatı fikirləşək.

Xəbər xətti