Mateo Mujek: "Neftçi"ni həmin vaxtdan tanımışam" VİDEO

11:31 - 4 Avqust 2017

"Neftçi”nin futbolçusu Mateo Mujek klubun televiziyasına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 22 yaşlı xorvatiyalı müdafiəçi "Neftçi" haqda təəssüratlarını bölüşüb:

 

“Təbii ki, "Neftçi” haqqında məlumatım var idi. Yaşadığım şəhər Zaqrebi təmsil edən "Dinamo” 5-6 il bundan əvvəl UEFA Çempionlar Liqasının seçmə mərhələsi çərçivəsində bu komanda ilə üz-üzə gəlmişdi. O vaxtdan "Neftçi”ni tanıyıram. Texniki cəhətdən çox yüksək bir kollektivimiz var. Bu komanda əvvəl çıxış etdiyim çempionatdan daha yüksək səviyyədə olan Azərbaycan Premyer Liqasında mübarizə aparır. Komanda yoldaşlarım çox yaxşıdılar və heç vaxt öz köməklərini məndən əsirgəmirlər. Buna görə də məni hər şey qane edir. Hazırda "Neftçi”dəyəm və yalnız bunu düşünürəm. Gələcəkdə isə nə olacağına baxarıq”.

 

Xəbər xətti