"Yeni məşqçimiz Dəniz Yılmazın oyununu bəyənib"

13:14 - 4 Avqust 2017

"Bursaspor"un prezidenti Ali Ay millimizin hücumçusu Dəniz Yılmaz haqda müsbət fikirlər səsləndirib.

 

Sportal.az xəbər verir ki, komandanın yeni baş məşqçisi Pol Le Queninin Yılmazdan razı qaldığını deyib: "Baş məşqçimiz Dəniz Yılmazın oyununu bəyəndiyini mənə bildirib. Le Quen ona yeni transfer gözü ilə baxır".

 

Qeyd edək ki, Yılmaz "Südtirol" və "Keçiörengücü" ilə yoxlama oyunlarında qol vurub.

Xəbər xətti