Qurban Qurbanov püşkü dəyərləndirdi: "Şansımız var"

14:30 - 4 Avqust 2017

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın “Kopenhagen” klubuyla qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov püşk haqda öz fikirlərini bildirib:

 

“5 potensial rəqibimizin hər biri ilə qarşılaşmağı gözləyirdik. Bu baxımdan “Kopenhagen” də istisna deyildi. Rəqibimizin gücü bəllidir, vaxtımız azdır, istənilən halda şansımız var və şansımızdan istifadə etməyə çalışacağıq. Buna baxmayaraq, rəqibi analiz edib oyuna maksimum şəkildə hazırlaşacağıq”.

Xəbər xətti