Allahverdiyev komandasına qələbə qazandırdı

16:14 - 4 Avqust 2017

Azərbaycanlı futbolçular İlham Allahverdiyevlə Əlimirzə Daşzərininin çıxış etdiyi Türkiyənin "Çengelköyspor" klubu yeni mövsümün hazırlıqlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, BAL Liqasında mübarizə aparan klub hazırlıq çərçivəsində yoxlama matçında qüvvəsini sınayıb. Çəngəlköy təmsilçisi "İstanbulspor"la üz-üzə gəlib. Qarşılaşma həmyerlilərimizin komandasının 2:0 hesablı qələbəsiylə başa çatıb.

 

Hər iki azərbaycanlı futbolçu bu görüşün iştirakçısı olub. İlham Allahverdiyev bir qol vurmaqla komandasının qələbəsində pay sahibi olub.

Xəbər xətti