Çempionlar Liqasının ən yaxşısı adına namizədlər məlum oldu

17:04 - 4 Avqust 2017

Çempionlar Liqasının 2016/2017 mövsümünün ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün namizədlərin adları açıqlanıb.

 

Sportal.az xəbər verir ki, mövsümün ən yaxşısı adına 3 namizəd var. “Barselona”lı Lionel Messi, “Real”lı Kriştiano Ronaldo və “Yuventus”un futbolçusu Paulo Dibala mövsümün ən yaxşı futbolçusu adına namizəddirlər.

 

UEFA mövsümün ən yaxşı qapıçı, müdafiəçi və yarımmüdafiəçisini də müəyyənləşdirmək üçün namizədləri açıqlayıb.

 

Qapıçılar: Canluici Buffon (“Yuventus”), Manuel Noyer (“Bavariya”), Yan Oblak (“Atletiko”).

 

Müdafiəçilər: Leonardo Bonuççi (“Yuventus”-“Milan”), Marseloa, Serxio Ramos (hər ikisi “Real”).

 

Yarımmüdafiəçilər: Kazemiro, Toni Kroos, Luka Modriç (hamısı “Real”).

Xəbər xətti