"Qarabağ"ın "Kopenhagen"ə qarşı keçirəcəyi oyunların başlama saatları açıqlandı

00:13 - 5 Avqust 2017

“Qarabağ”ın futbol üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Danimarka çempionu “Kopenhagen”lə keçirəcəyi oyunların başlama saatları müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, bu kollektivlər arasında ilk görüş avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Bu oyun saat 20:00-da start götürəcək.

 

Cavab qarşılaşması isə avqustun 23-də Kopenhagen şəhərindəki “Parken” stadionunda oynanılacaq. Həmin matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Xəbər xətti